MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

226625035_253162736635713_2311162620641374461_n

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb

ECONOMİC: Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birlikdə həyata keçirdiyi “Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzi tərəfindən iştirakçılara biznesin təşkili, vergi hesabatlılığı, zamanın idarə edilməsi, ünsiyyət bacarıqları kimi mövzular tədris edilib.

 

Təlimləri uğurlu şəkildə yekunlaşdırmış iştirakçılar, məsləhət xidmətlərindən də faydalanaraq biznes plan tərtib edib və növbəti mərhələyə keçib. Bu mərhələdə iştirakçılara məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək. Layihənin davamında sahibkarlıq fəaliyyətinə başlayacaq qadın sahibkarlara mütəmadi olaraq təlim və məsləhət xidmətləri göstəriləcək.

Yaxın günlərdə “Məktəbim” layihəsinin növbəti qrupları üçün də yeni təlim və məsləhət xidmətləri təşkil ediləcək.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top