MBNP: DÜNYA BANKININ NÖVBƏTİ MİSSİYASININ NƏTİCƏLƏRİ MÜZAKİRƏ EDİLİB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

MBNP: DÜNYA BANKININ NÖVBƏTİ MİSSİYASININ NƏTİCƏLƏRİ MÜZAKİRƏ EDİLİB

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının(MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı “Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi – Faza 2” (FSMP2) ikinci missiyasının nəticələrinə dair Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisiAnjelaPriqojinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Palatadan Economic.az verilən məlumata görə, görüş zamanı FSMP2 layihəsinin icrasının uğurla davam etdiyini vurğulayan R.Aslanlı,layihə çərçivəsindəbank nəzarəti üzrə hazırlanmış ilkin tədbirlər planına dair yeni formatı və bu sahədə müəyyən olunmuş atılacaq konkret addımları yüksək qiymətləndirdiyini bildirib.

Missiya üzvləri prudensial siyasət və metodologiya sahəsində yaradılan yeni layihənin mövcud metodoloji rəhbərliklə müqayisədə xeyli praktik olduğunu bildiriblər və bu istiqamətdə müvafiq tövsiyələr veriblər.

Görüşdə FSMP2 layihəsinin ikinci missiyası çərçivəsində ümumilikdə görülmüş işlərlə bağlı hər iki qurum tərəfindən məmnunluq bildirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top