Maliyyə sektoru mütəxəssisləri üçün vebinarlar təşkil olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Maliyyə sektoru mütəxəssisləri üçün vebinarlar təşkil olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfi və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində, eyni zamanda “Maliyyə savadlılığı aylığı” ilə əlaqədar iqtisadi maariflandirmə tədbirlərini davam etdirir.
Fəaliyyət planına əsasən, onlayn formatda təşkil olunan təlimlərə maliyyə-bank sektorunda çalışanlar cəlb ediliblər. Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, “Mastercard” və “Jet İnfosistemləri” ASC ilə birgə bank mütəxəssisləri üçün “PCİ DSS standartı”, “Kibertəhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə sahələrində təqdim olunan həllər” və “Rəqəmsal iqtisadiyyat şəraitində bank biznesinin transformasiyası. Dəyər yaratmaq üçün yeni strategiyalar” mövzularında vebinarlar təşkil olunub.
Ümumilikdə, 225 mütəxəssisin iştirak etdiyi vebinarlarda müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top