Maliyyə Bazarlarına Nəzarət Palatasının növbəti iclasında “Buta Sığorta” ilə bağlı qərar qəbul edildi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Maliyyə Bazarlarına Nəzarət Palatasının növbəti iclasında “Buta Sığorta” ilə bağlı qərar qəbul edildi

Rüfət Aslanlı konkret tapşırıqlar verib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib.

İclasda “Buta Sığorta” ASC-nin qüvvədə olan sığorta (təkrarsığorta) müqavilələrinin (sığorta portfelinin) “Günay Sığorta” ASC-yə ötürülməsinə dair qərara qəbul olunub.

İclasda bildirilib ki, “Buta Sığorta” ASC-nin  sığorta portfelinin “Günay Sığorta” ASC-yə ötürülməsi barədə şirkətlər arasında müvafiq razılaşma imzalanıb və bunun təsdiq edilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub.

Təqdim olunmuş məlumatların təhlil edildiyi və “Günay Sığorta” ASC-nin məcmu kapitalının, ödəmə qabiliyyətinin, sığorta ehtiyatlarının və sığorta qaydalarının sığorta qanunvericiliyinin tələblərinə uyğun olduğu bildirilib.

Palatanın (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta portfelinin ötürülməsi prosesi zamanı istehlakçıların hüquqlarının qorunması məqsədilə konkret tapşırıqlar verib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top