MALIYYƏ BAZARLARINA NƏZARƏT PALATASIN DADÜNYA BANKININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ QÖRÜŞ KEÇİRİLDİ
ECONOMIC.AZ: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi Dünya Bankının Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru MersiTembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Dünya Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə həyata keçirdiyi maliyyə sektorunun müasirləşdirilməsi layihəsinin ikinci fazası çərçivəsində görülmüş işlər,əldə olunmuş nailiyyətlər və qarşıda duran hədəflər barədə geniş müzakirələr aparıldı.
MersiTembon Palatanın qısamüddətli fəaliyyəti dövründə təşkilatlanması və maliyyə sektorununsağlamlaşdırılması istiqamətindəhəyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyinivə bundan sonra da Dünya Bankı qrupu tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirdi.
Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı dəstəyə görəMersiTemboya təşəkkür etdi və qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyinə ümid etdiyini vurğuladı.
Görüş iştirakçıları Dünya Bankının Azərbaycanda mövcud və gələcək fəaliyyət istiqamətləri, xüsusilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın perspektivləri barədə danışdılar.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]