MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

TRENINQ

MALIYYƏ BAZARLARINA NƏZARƏT PALATASI BANKLARA İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNƏ DAİR TƏLIM KEÇİRDİ

14 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkədə fəaliyyət göstərən bankların informasiya təhlükəsizliyi, həmçinininternet bankçılıq xidmətlərinə təsir edən təhlükəsizlik problemlərindən çıxış yollarına həsr olunmuş “Bankların sosial mühitə mümkün təsiri problemləri və banklarda informasiya texnologiyalarıtəhlükəsizliyiningücləndirilməsi tədbirləri” mövzusunda təlim keçirildi. Təlimdə 31 bankın təhlükəsizlik departamentinin rəhbərləri iştirak etdi.

Tədbirdə bank tranzaksiyalarının təhlükəsizliyi, xakerhücumlarından qorunması, eləcə də informasiya texnologiyaları təhlükəsizliyi üzrə mövcud təcrübə barədə və problemlərin aradan qaldırılmasına dair təkliflər ətrafında fikir mübadiləsi aparıldı.Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə banklar və digər nəzarət subyektləri arasında çevik məlumat mübadiləsinin qurulmasının müxtəlif üsulları təlim iştirakçıları ilə müzakirəedilmişdir.

ECONOMİC.AZ

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top