MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

LƏNKƏRANDA HEYVANDARLIĞ

LƏNKƏRANDA HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

2016-ci ilin may ayının 5-də Lənkəran rayonunda yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriya- larının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilmişdir.

Müşavirədə Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayon kənd təsərrüfatı idarələrinin əməkdaşları, bu rayonlarda heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və heyvandarlıq  mütəxəssisləri iştirak etmişlər.

LƏNKƏRANDA HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan istifadə olunması, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verdi.

Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda yem bazasının yaradılması yolları və süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və  çıxışlar oldu.

Müşavirə geniş diskussiya şəraitində keçdi, fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı  cavablar verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top