Ləman Cəfərova: Bizim üçün işçinin təcrübəsi gördüyümüz işin keyfiyyəti ilə eyni adlıdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ləman Cəfərova: Bizim üçün işçinin təcrübəsi gördüyümüz işin keyfiyyəti ilə eyni adlıdır

Economic.az xəbər portalının “Müştəri Məmnuniyyəti” layihəsinin növbəti müsahibi Rəşad oğlu İnşaat şirkətinin İcraçı Direktoru Ləman Cəfərovadır.

Ləman xanım,  müasir dövrdə müştərilər artıq keyfiyyətli xidmət istəyirlər. Bu gedişatda bir növ şirkətlərdə sağlam rəqabət yaratmağa gətirib çıxardır. 

Hazırda bazarda bu xidmət sahəsində bir çox şirkətlər öz xidmətlərini təklif edirlər. Müştərilərdə bəzən seçim etmək də çətinlik çəkirlər və bir çox hallarda yanılırlar.  Məhz buna görə ilk sualımız belədir.

Sizin şirkətin digər şirkətlərdən üstünlüyü nədir? Müştərilər daha çox Sizi hansı üstünlüyünüzə görə seçirlər? 

Hammının bildiyi  kimi bazarda bu növ şirkətlər yetərincə var. Əsas məsələ onlar arasından seçilə bilməkdir. Bizi digərlərindən ayıran əsas xüsusiyyət yüksək keyfiyyət və münasib qiymətdir. Şirkətimiz eyni zamanda bir yenilik edərək evlərin dizayınını müştəriyə 3D formatında animasiya ilə təqdim edir. Müştəri evini təmir etməmişdən evinin içində gəzinərək dizaynın son halını izləyə bilir.

Qeyd etdiniz ki, “Müştəri evini təmir etməmişdən evinin içində gəzinərək dizaynın son halını izləyə bilir” bu gedişatı müasir biznesin elementi kimi adlandıraraq istehlakçının məmnuniyyəti kimi qiymətləndirmək olar. Müştəri üçün bi kimi əl çatan və ürək açıcı xidmət daima xoş qarşılanıb.

Rəşad oğlu İnşaat nə vaxtdan fəaliyyət göstərir? 

 Şirkətimiz 22 yanvar 2019cu ildən fəaliyyətə başlayıb.  Bundan öncə online olaraq fəaliyyət göstərirdik.

Bəzən müştərilər bu kimi xidmət növündən istifadə edəndə onun işçiləri ilə maraqlanırlar. Siz işçi seçərkən onun təcrübəsinə və digər keyfiyyətlərinə fikir verirsinizmi? 

Bizim üçün işçinin təcrübəsi gördüyümüz işin keyfiyyəti ilə eyni adlıdır . Onun üçün komandamız  işnin peşəkarlarından ibarətdir.

 Bu sahədə tək xidmət yox, həm də avadanlıqlar, materiallar və s gərək yüksək keyfiyyətlə təchiz oluna. Sizin bu suala olan fikirlərinizi bilmək istərdik. 

 Biz bütün lahiyələrimizdə yüksək keyfiyyətli material və avadanlıqlardan istifadə edirik.  Bunun üçündə bu sahələrdə öz sözünü demiş şirkətlərnən əməkdaşlıq edirik.

 Əsasən ən çox hansı layihələrinizdən istifadə olunur? Hazırda yeni layihəniz varmı? 

 Hər hansı bir layihə daha çox istənilir deyə bilmərik çünki biz çalışırıq işlərimizdə müxtəliflik edək. Ancaq bu günki tələb kiçik kvadratli və minimalist evlərə daha çoxdur.

 Bəli hal hazırda Mərdəkan, Şıxov, Hövsanda yeni Layihələrimiz var. Bunlardan əlavə də müxtəlif ərazilərdə dizayn işlərimiz var

 Ölkənin istənilən regionundan sifariş qəbul edirsinizmi? 

 Bəli. Biz istənilən regionda fəaliyyət göstəririk. 

 Ləman xanım müsahibə üçün təşəkkür edir və işlərinizdə uğurlar arzu edirik!

 Bu  gözəl müsahibə üçün sizə təşəkkür edir və saytınıza uğurlar arzu edirik.

 

ttt

qqq

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top