Kriptovalyuta bazarının kapitallaşması rekord həddə çatıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kriptovalyuta bazarının kapitallaşması rekord həddə çatıb

Bütünlükdə qlobal kriptovalyuta bazarının kapitallaşması rekord həddə – 2,3 trilyon ABŞ dollarına çatıb ki, bu da dünyanın ən bahalı şirkəti olan “Apple”ın göstəricisindən çoxdur.

Economic.az xarici mediaya istinadət xəbər verir ki, Bakı vaxtı ilə saat 12:52-yə olan vəziyyətə əsasən, son sutka ərzində kriptovalyuta bazarının kapitallaşması 5,2% artaraq 2,3 trilyon ABŞ dollarına çatıb. Bu dəyərin demək olar ki, 48%-i bitkoinin payına düşür – onun kapitallaşması 1,1 trilyon ABŞ dolları təşkil edir ki, bu da aprel ayının ortalarındakı tarixi rekorddan (1,2 trilyon ABŞ dolları) azdır.

Bu arada, dəyərinə görə dünyanın ən böyük şirkəti olan “Apple”ın kapitallaşması cümə günü ticarətin sonunda 2.19 trilyon ABŞ dolları olub.

Yeri gəlmişkən, bitkoinin qiyməti indi 4,8% artaraq 58,8 min ABŞ dollarına qədər yüksəlib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top