MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

kredit vermir

Kreditə görə zaminin maaş kartından pul tutulması dayandırıldı – MƏHKƏMƏ QƏRAR

Hazırda vətəndaşları narahat edən aktual problemlərdən biri də zamin durduğu şəxsin kreditinə görə onların maaş kartlarından icazəsiz olaraq pul vəsaitlərinin silinməsidir.

Economic.az milli.az istinadən bildirir ki, Belə bir problemlə üzləşmiş vətəndaşa “Demark” hüquq şirkəti tərəfindən hüquqi xidmət göstərilib və nəticədə Nəsimi Rayon Məhkəməsi zaminin maaş kartından kreditə görə pul tutulmasını qadağan edən qərar qəbul edib. Bu barədə “Demark” hüquq şirkətindən məlumat verilib. Şirkətdən bildirilib ki, kredit alan şəxsin ölməsinə baxmayaraq, bank zaminin maaş kartından hər ay pul silməyə davam etməklə vətəndaşın hüquqlarını kobud şəkildə pozub. Vətəndaşın müraciətindən dərhal sonra qanunsuz pul tutulmasının qarşısının alınması üçün “Demark” şirkətinin hüquqşünasları Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər və ədalətli qərarın çıxarılmasına nail olublar.

Qərara əsasən, zaminin maaş kartından pul silinməsi dayandırılıb.

“Demark” hüquq şirkəti 10 ildən artıq təcrübəsi olan peşəkar hüquqşünaslar tərəfindən yaradılmışdır.

Şirkət vətəndaşlara aşağıdakı məsələlərdə hüquqi xidmət göstərir:

  • Ailə nikah məsələləri üzrə mübahisələrin həlli
  • Kredit, zaminlik, əmanət müqavilələri üzrə mübahisələrin həlli
  • Vərəsəlik və miras üzrə mübahisələrin həlli
  • Mənzil Tikinti Kooperativləri ilə mübahisələrin həlli
  • Tikinti, torpaq, əmlak mübahisələrinin həlli
  • Sağlamlığa vurulmuş zərərin bərpası
  • Əmlaka vurulmuş zərərin bərpası
  • Ailə başçısının itirilməsi üzrə zərərin bərpası
  • Sığorta mübahisələri zamanı hüquqi yardım
  • Məhkəmə qərarlarının icrası üzrə hüquqi xidmətlər

Əlaqə vasitələri:

“Demark” Hüquq Şirkəti

012 – 464- 87-61

050 – 247 – 02 -17

www.demark.az

facebook.com/demark.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top