
Kommunal xərclərin ödənilməsi necə aparılmalıdır?
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, kommunal xərclərin ödənilməsi üzrə hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Economic.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, kommunal xidmət haqlarını nağd qaydada qəbul edən şəxsə əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Eyni zamanda, Mənzil Məcəlləsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
Qeyd edilənlərə əsasən, Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə uyğun olaraq kommunal xidmətlərə aid edilən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Bundan başqa, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergiödəyicisinin vəzifələrinə aid edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Vergi orqanlarında daxili müsabiqə keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində idarəetmə bacarıqları və bilik səviyyəsi yüksək olan əməkdaşlar sırasından […]
-
Dayanıqlı iqtisadiyyat üçün stimullaşdırıcı vergi siyasəti
İqtisadiyyatın şaxələndirilməsi onun dayanıqlığını şərtləndirən vacib amildir. İqtisadi artımın mənbəyini müxtəlif sahələr təşkil etdiyi […]
-
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi: uğura aparan 20 illik yol
Bu il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin fəaliyyətinin 20 ili tamam […]