
KOBİA İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlıq edəcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi (MASHAV) ilə əməkdaşlıq edəcək.
Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi, kiçik və orta sahibkarlıq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğu vurğulanıb. KOB sahəsində mövcud tərəfdaşlığa və əlaqələrin inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlığa, KOB sahəsində təcrübə mübadiləsinə, hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın qurulması və məlumat mübadiləsi məqsədilə birgə tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.
BƏNZƏR MƏQALƏLƏR
“Electro Home”-un yeni filialı Göyçayda açıldı
Elektronika və məişət avadanlıqları üzrə satış liderlərindən olan “Elektro Home ” şirkəti Göyçayda yeni mağazasını […]
“Eurodesign” şirkətinin təşəbbüsü ilə tələbələr üçün ödənişsiz vebinar keçiriləcək
Economic: Telekommunikasiya sahəsində yüksək səviyyəli xidmət və müasir həllər təklif edən “Eurodesign” şirkətinin təşəbbüsü ilə […]
Azərbaycan Türkiyədən avtomobil ixracını artırıb
2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49,13 […]