MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

5ffec52c-e89b-415a-842f-6bac90aa51de +

Kənd təsərrüfatı məhsullarının ixracına dair təşviq təlimləri başa çatıb

ECONOMİC: Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində fermerlər arasında maarifləndirmə tədbirləri keçirir.

Təlim formatında keçirilən tədbirlərə 5 hektardan artıq torpaq sahəsinə malik, tərəvəz əkini və ya bağçılıqla məşğul olan fermerlər cəlb olunub. Təlimlərdə məqsəd fermerləri kənd təsərrüfatı məhsullarının ixracı prosesi barədə məlumatlandırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir. 

Qax, Quba, Xaçmaz, Şəmkir, Lənkəran və Göyçay rayonlarında keçirilən təlimlərdə ətraf rayonlar da daxil olmaqla ümumilikdə 18 regiondan olan 54 fermer iştirak edib. Təlim zamanı fermerlərə məhsul ixracı prosesinin təşkili, bu sahəyə dair qanunvericilik, xarici ölkələrdə idxal olunan kənd təsərrüfatı məhsulları ilə bağlı müəyyən olunmuş standartlar, logistika işinin təşkili və s. mövzular barədə ətraflı məlumat verilib. 

Qeyd edək ki, bu və digər istiqamərlər üzrə fermerlərin maarifləndirilməsi təlimləri gələcəkdə davam etdiriləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top