MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Ahillar Gunu

Kapital Bank təqaüdçüləri maarifləndirir

Kapital Bank1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətiləsosial layihə həyata keçirir. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində təqaüdçülər üçün maliyyə savadlığı tədbirləri keçiriləcək.

İlk tədbir Bakı şəhərində keçirilib. Tədbirə gələn təqaüdçülər üçün “Ödəniş kartlarından istifadə vətəhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.

Qeyd edək ki, layihə çərçivəsində gələn həftə İsmayıllıda, Gəncədə və Lənkəran da analoji təlimlərin keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top