Kapital Bank təminatlı manat krediti təklif edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kapital Bank təminatlı manat krediti təklif edir

Artıq Kapital Bank filiallarından istənilən şəxslər təminatlı manat krediti əldə edə bilər. Bankdan economic-ə verilən məlumata görə, bunun üçün müştəri kredit təminatı qismində banka USD valyutasında müəyyən məbləğ təqdim etməlidir. Bu zaman müştərinin təminat qismində yerləşdirdiyi məbləğ sığortalanır.

Qeyd edək ki, kreditin minimal məbləği 300 AZN, müddəti isə 1 – 12 ay təşkil edir. Müştərinin təminat qismində təqdim etdiyi vəsaitin maksimum 60%-nədək kredit rəsmiləşdirilə bilər. İllik faiz dərəcəsi isə 25%-dir.

Kredit rəsmiləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ətraflı məlumat üçün – https://kapitalbank.az/loans/manat?hl=az.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top