Kapital Bank gömrük rəsmiləşdirilməsi üçün güzəştli kredit təklif edir
ECONOMİC: Kapital Bank bizneslə məşğul olan şəxslər üçün daha bir sərfəli məhsul təklif edir. Yeni təqdim olunan məhsul gömrük rüsumlarını ödənilməsi üçün nəzərdə tutulub. Belə ki, məhsul vasitəsilə gömrük rüsumlarının ödənilməsi üçün 60 günədək müddətə, 14%-dən başlayan faizlə kredit təklif olunur.
Maliyyə təhlili olmadan verilən kreditin maksimal məbləği 100 000 manatadək ola bilər. Kredit ödəniş kartı vasitəsilə verilir. Bizneslə məşğul olan şəxsə verilən ödəniş kartı yalnız gömrükdə quraşdırılan POS terminallarda və onlayn olaraq gömrük ödənişləri üçün istifadə edilə bilər.
Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri Bank vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, bu məhsulu almaq istəyənlər qeyd edilən linkə – https://kbl.az/cbpcr, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]