Kapital Bank-da işləmək istəyənlər üçün yeni portal yaradıldı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kapital Bank-da işləmək istəyənlər üçün yeni portal yaradıldı

ECONOMIC: Ölkənin ən böyük işəgötürən təşkilatı olan Kapital Bank, burada işləmək arzusunda olanlar üçün növbəti yeniliyi təqdim edib. Belə ki, müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər www.hr.kapitalbank.az portalına daxil olmaqla, özlərinə şəxsi kabinet yarada bilərlər.

Effektiv platformanın yaradılması üçün bir sıra vendorlardan təkliflər alınıb və nəticədə “Crocusoft” şirkəti bu layihə üçün seçilib. Portalı hazırlayarkən yüksək peşəkarlıq nümayiş etdirən şirkət, qarşısına qoyulan bütün texniki tapşırıqları operativ şəkildə, innovativ yanaşma ilə icra edib.

İstifadədə olduqca sadə olan portalda şəxsi kabinet yaradarkən namizədlər özləri barədə ətraflı məlumatları – ad, soyad, təvəllüd, ünvan, əlaqə vasitələri, təhsil, dil bilikləri, sertifikatlar və iş təcrübəsi qeyd etməlidirlər. Şəxsi kabinet hazır olduqdan sonra, namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub.

Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik olaraq təqdim olunacaq. Bundan başqa iş sahələri üzrə açar sözlərindən istifadə etməklə portaldakı müxtəlif vakansiyalar üzrə axtarışlar da vermək mümkündür.

“Bildiyiniz kimi Kapital Bank ölkə bankları arasında ən çox əməkdaşı olan maliyyə qurumudur. Belə bir portalı yaratmaqda məqsəd həm yeni namizədlərin müraciət prosesini asanlaşdırmaq, həm də bank üçün müəyyən bir elektron namizəd bazasının yaradılmasıdır. Pandemiya dönəmində onlayn platformaların yaradılması olduqca önəmlidir. Artıq xeyli müddətdir ki, Kapital Bank-ın HR komandası  namizədlərlə olan müsahibələri Zoom proqramı üzərindən, onlayn formatda keçirir. Həmçinin bankdaxilində olan bir sıra proseslər də onlayn platformaya keçirilərək, məsafədən istifadəyə şərait yaradıb”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova qeyd edib.

Qeyd edək ki, yeni portalda Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələr yerləşdirilib. Əgər Siz də Kapital Bank ailəsinin üzvü olmaq, karyeranızı ölkənin birinci bankında başlamaq və ya davam etdirmək istəyirsinizsə, www.hr.kapitalbank.az portalına daxil olub, qeydiyyatdan keçə bilərsiniz.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top