Kapital Bank “Azərbaycan üçün öyrət” layihəsinin rəsmi tərəfdaşıdır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kapital Bank “Azərbaycan üçün öyrət” layihəsinin rəsmi tərəfdaşıdır

Bankdan econimic.az verilən məlumata görə, ölkədə təhsilin inkişafına böyük önəm verən Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq daha bir faydalı əməkdaşlığa başlayıb. Belə ki, Kapital Bank «Azərbaycan üçün öyrət” (“TeachforAzerbaijan”) beynəlxalq təhsil proqramının rəsmi tərəfdaşı oldu. Bununla bağlı təşkil edilən təqdimat mərasimində Təhsil Nazirliyi və Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimində Təhsil Naziri Mikayıl Cabbarov, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev,millət vəkilləri, dövlət rəsmiləri, ictimai xadimlərvə digər qonaqlar iştirak edirdi. “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir. Bu layihə ilk olaraq Bakı, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərindəki məktəbləri əhatə edəcək.

“Layihənin əsas məqsədi ölkənin təhsil sahəsinin keyfiyyətinin artırılmasıdır. Proqramda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək. Layihənin həyata keçirilməsində tərəfdaş olan Kapital Bank-a təşəkkürümü bildirirəm. Təcrübə göstərir ki, dövlət qurumları ilə özəl sektorun birgə təqdim etdikləri layihələr hər zaman uğurlu olur”, – deyə, Təhsil Naziri Mikayıl Cabbarov qeyd edib.“Kapital Bank ölkədə Bank fəaliyyəti ilə yanaşı, həmçinin sosial yönümlü layihələrinin dəstəklənməsinə böyük önəm verir. Əminəm ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan üçün öyrət” proqramı təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək və şagirdlərin dərsə olan marağını artıracaq” – deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top