
İyul ayında nə qədər şəxsə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım ödənilib?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.
Economic.az-ın məlumatına görə, onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd, 350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.
İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3% və ya 73 min nəfər çox olub.
Həmçinin ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə 2019-cu ilin iyul ayına nisbətən 24,1% və ya 91 milyon manat çox olmaqla 468 milyon manat vəsait yönəldilib.
BƏNZƏR MƏQALƏLƏR
-
4 gün qeyri-iş günü olacaq
Azərbaycanda bu həftəsonu 4 gün qeyri-iş günü olacaq. Economic.az xəbər verir ki, iyulun 9-u və […]
-
Ağdaşda avtoqəzada polis işçisi ölüb
APA-nın yerli bürosunun xəbərinə görə rayonun Ləki qəsəbəsi ərazisində hərəkət edən “VAZ 21011” markalı […]
-
Pensiyası az olan şəxslərin nəzərinə – QANUN
Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanununda dəyişiklik edilməsi qanunu imzalayıb. Sənədə əsasən, ölkədə şəxsə […]