İspaniya-Azərbaycan turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İspaniya-Azərbaycan turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

İkitərəfli münasibətlər, turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi məsələləri sentyabrın 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez arasında müzakirə edilib.

 Fuad Nağıyev xanım Patrisia Serrano Sançezi Azərbaycan üzrə yeni müvəqqəti işlər vəkili təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Agentlik sədri İspaniyada keçirilən beynəlxalq turizm sərgilərinin ölkə turizminin təbliğatı istiqamətində faydalı platformalar rolunu oynadığını bildirərək ölkəmizin bu sərgilərdə iştirakından danışıb.

O, həmçinin yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizm infrastrukturunun formalaşdırılması işləri, eləcə də planlaşdırılan layihələr haqda müvəqqəti işlər vəkilini məlumatlandırıb.

Xanım Patrisia Serrano Sançez öz növbəsində ikitərəfli əlaqələr və qarşılıqlı turist səfərlərinin mühümlüyünü vurğulayıb. O, postpandemiya dövründə turizm sahəsinin bərpasından sonra qarşılıqlı turist səfərlərinin artacağından əminliyini ifadə edib.

Görüş çərçivəsində, həmçinin postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İspaniya Krallığı epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar Azərbaycana səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında yer alır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top