İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası ilə Anlaşma Memorandumu imzalanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası ilə Anlaşma Memorandumu imzalanıb

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran biznes forumu keçirilib.

Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki,  Azərbaycan və İran arasında yüksək siyasi, həmçinin iqtisadi əlaqələr durmadan inkişaf edir.  Azərbaycan-İran iqtisadi əlaqələrinin genişlənməsi məqsədilə işgüzar dairələr arasında əməkdaşlığın vacibliyini vurğulayan Şahin Mustafayev 2016-cı ilin 11 ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 60%-ə yaxın artdığını, viza rejimin sadələşdirilməsi istiqamətində müvafiq  işlərin görüldüyünü, bu ilin 11 ayında iş adamlarının iştirakı ilə 12 işgüzar tədbirin keçirildiyini qeyd edib. Nazir bildirib ki, iş adamları arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlığın təşkili  baxımdan biznes forum öz töhfəsini verəcəkdir.

Qeyd olunub ki, ticarət əlaqələrinin inkişafı üçün yaradılmış birgə İşçi Qrupu faydalı mexanizmdir. Ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinə öz müsbət təsirini göstərə bilər. Toxumçuluq, tərəvəzçilik, çəltik və kənd təsərrüfatının müxtəlif istiqamətlərində əməkdaşlıq təbii olaraq xoş ümidlər bəxş edir. İran şirkətləri Azərbaycanın Aktaudakı logistika mərkəzinin xidmətlərindən istifadə edə, Gəmiqayırma Zavodunda və ölkəmizdəki sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlana bilər.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, komissiyanın həmsədri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin bu istiqamətdə böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Biznes forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top