“İnnovasiyalar Mərkəzi” sahibkarlara İnformasiya Texnologiyaları xidmətləri təklif edir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“İnnovasiyalar Mərkəzi” sahibkarlara İnformasiya Texnologiyaları xidmətləri təklif edir

ECONOMİC: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” sahibkarlara İnformasiya Texnologiyaları xidmətləri təklif edir.

Mərkəzin təklif etdiyi xidmətlər arasında son dövrlərdə sahibkarlığın xüsusilə ehtiyacı olan texniki dəstək, şəbəkə təhlükəsizliyi, videomüşahidə və nəzarət sistemləri, informasiya təhlükəsizliyi, İP telefoniya, mobil tətbiq, proqram təminatı, eyni zamanda İT konsaltinq xidmətləri yer almaqdadır.

“İnnovasiyalar Mərkəzi” 2013-cü ildən Agentliyin strukturuna daxil olan qurumlarda və digər sektorlara aid dövlət və özəl müəssisələrdə səmərəlilik və məhsuldarlığı artırmaq məqsədilə müxtəlif İT həlləri və texniki dəstək xidmətlərini həyata keçirir.

Orta və iri şirkətlər üçün vahid məlumat bazası ilə biznes proseslərinin səmərəliliyini artırmağa imkan verən rəqəmsal transformasiya məqsədli məhsul və xidmətləri müəyyənləşdirən Mərkəz, həmçinin innovasiya məhsulunun və yüksək texnologiyaların bazar ehtiyaclarına və sahibkarların maraqlarına uyğun hazırlanmasını təmin edir.

Daha ətraflı məlumatı https://icenter.az saytından, Mərkəzin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 4508520, yaxud (012) 4447433 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top