“İNNOLAND” İnnovasiya Mərkəzi loqo müsabiqəsi elan edib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkədə innovativ mühitin yaradılması, startap və innovativ sahibkarlığın inkişafı, yeni texnologiyaların geniş yayılması istiqamətində fəaliyyətin təşkili məqsədilə ölkədə “İNNOLAND” inkubasiya və innovasiya mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən economi-ə bildiriblər ki, “İNNOLAND” mərkəzinin əsas məqsədi startapçılara ideyadan başlayaraq müstəqil şirkətin qurulmasınadək bütün proseslərdə dəstək göstərmək, yerli və xarici investorlarla əlaqələndirmək və rəqabətədavamlı innovativ məhsul və ya xidmətlərin yaranmasına köməklik göstərməkdir.
Bu baxımdan, yeni açılan innovasiya və inkubasiya mərkəzi üçün loqo müsabiqəsi elan olunub. Müsabiqənin əsas tələbi mərkəzin məqsədini, innovasiya və startap fəaliyyətinə, iqtisadiyyatın müxtəlif sektorlarına dəstək funksiyalarını vizual olaraq əks etdirən loqoların hazırlanmasıdır. Loqolarda “ASAN xidmət”in loqosuna məxsus elementlərdən istifadə olunması tələb olunmur. Loqo təklifləri iyunun 10-dək www.ideya.az internet səhifəsi vasitəsilə göndərilməlidir. Qalib loqo 500 AZN məbləğində mükafatlandırılacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]