İlqar Musayev: “Gələcəyə yaxşı hazırlanmış mütəxəssislərlə gedirik” – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İlqar Musayev: “Gələcəyə yaxşı hazırlanmış mütəxəssislərlə gedirik” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İki gün davam edən yarış sona çatdı. Üç komanda qalib oldu, hər birini təbrik edirəm”.

Oxu.Az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant İlqar Musayev bildirib.

O qeyd edib ki, final oyun olduğu üçün heç bir komanda uduzmuş hesab olunmur:

“Ölkənin dövlət orqanları arasında 20 güclü komanda yarışıb. Bu ölkə üçün çox vacib, önəmli tədbir oldu. İnanıram ki, gələcəkdə bu cür genişmiqyaslı tədbirlərin sayı çox olacaq. Dövlət Təhlükəsizliyi Xidməti ilə bizim birgə bu layihəmiz regionda demək olar ki ilk dəfədir keçirilir. Biz gələcəyə yaxşı hazırlanmış mütəxəssislərlə gedirik. Tədbirin tərəfdaşlarına, sponsorları, iki gün tədbiri ictimaiyyətə çatdıran, işıqlandıran media nümayəndələrinə təşəkkür edirəm”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top