
İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “General Electric” şirkətinin vitse-sədri Con Rays ilə görüşüb
Prezident İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “General Electric” şirkətinin vitse-sədri Con Rays ilə görüşüb.
Con Rays Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı keçirdiyi məhsuldar görüşlərin maraqla izlənildiyini dedi. O, “General Electric”-in fəaliyyəti, Azərbaycanda gördüyü işlər barədə məlumat verdi, təmsil etdiyi şirkətin ölkəmizdə bir sıra layihələrdə iştirakından məmnunluğunu bildirdi.
Con Rays “General Electric” şirkətinin ölkəmizin neft-qaz kəmərləri sistemində iştirak etdiyini, həmçinin dənizdə neft hasilatı sahəsində əməkdaşlıq qurduqlarını vurğuladı. O, şirkətin dünyada neftin nəqli, qaz turbinlərinin və elektrik enerjisi istehsal edən avadanlıqların quraşdırılması, həmçinin aviasiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərdiyini, müasir texnologiyaların tətbiqinə sərmayələr qoyduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev “General Electric” şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətinin məmnunluq doğurduğunu bildirdi.
Dövlət başçısı Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
BƏNZƏR MƏQALƏLƏR
Qarabağ Azərbaycanın əsas turizm zonasından birinə çevriləcək
Prezident İlham Əliyev: Füsunkar təbiəti və tarixi abidələri olan Qarabağ Azərbaycanın əsas turizm zonasından birinə […]
“Qarabağ Dirçəliş Fondu” yaradıldı – FƏRMAN
Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat […]
Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM
Arif Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla […]