İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında iştirak edib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında iştirak edib

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumunun rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış etdi.

BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti nümayiş etdiriləndən sonra İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.

Dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların, “beyin mərkəzləri”nin təmsilçiləri, elm adamları daxil olmaqla, üç mindən çox nümayəndənin iştirak etdiyi Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, ISESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top