Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 100,8 faiz olub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 100,8 faiz olub

Cari ilin II rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri ötən ilin I rübü ilə müqayisədə 100,8 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,8 faiz, yol və körpü tikintisi üzrə isə 100,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin dövr ərzində yaşayış evləri üzrə qiymət indeksi 100,7 faiz, sosial təyinatlı binalar üzrə qiymət indeksi 101 faiz, inzibati tikililər üzrə qiymət indeksi 100,9 faiz, ümumtəhsil məktəbləri üzrə qiymət indeksi 101 faiz, istehsal təyinatlı obyektlər üzrə qiymət indeksi 100,6 faiz, sənaye obyektləri üzrə isə qiymət indeksi 100,6 faiz olub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top