İki ayda əsas kapitala 1 milyard 834,9 milyon manat vəsait yönəldilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İki ayda əsas kapitala 1 milyard 834,9 milyon manat vəsait yönəldilib

Cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 834,9 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin vəsaitin 1 milyard 591,6 milyon manatı məhsul istehsalı obyektlərinin, 142,0 milyon manatı xidmət sahələri üzrə obyektlərin, 101,3 milyon manatı isə ümumi sahəsi 269,5 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 13,0 faizi dövlət, 87,0 faizi isə qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,4 faizini təşkil edib.

AZƏRTAC

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top