Iğdırdan Naxçıvana təbii qazın tədarükünə dair sənəd təsdiqləndi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Iğdırdan Naxçıvana təbii qazın tədarükünə dair sənəd təsdiqləndi

Azərbaycanın Türkiyə ilə Naxçıvana təbii qazın tədarükünə dair imzaladığı anlaşma memorandumu təsdiqlənib. 

Economic.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzası ilə təsdiq edilən sənəd “Rəsmi qəzet”də yayımlanıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan və Türkiyə arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Türkiyə ərazisi vasitəsilə Muxtar Respublikaya boru kəməri ilə illik 500 milyon, gündəlik isə 1,5 milyon kubmetr Azərbaycan qazı nəql etmək mümkün olacaq. Azərbaycan qazını İğdırdan Naxçıvana ötürəcək boru kəmərinin uzunluğu 85 kilometr olacaq.
Xatırladaq ki, hazırda Naxçıvanın “mavi yanacağ”a tələbatının 2004-cü ildə İranla bağlanılmış svop müqaviləsi əsasında həyata keçirilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top