İctimai yerdə siqarət çəkənlər – 1000 manatadək cərimələnəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İctimai yerdə siqarət çəkənlər – 1000 manatadək cərimələnəcək

Bu məsələ “Tütün və tütün məmulatı haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə nəzərdə tutulub. Belə ki, tütün məmulatlarının məhdudlaşdırılması ilə bağlı qanunun 20.2 maddəsinə dəyişiklik edilib. Maddəyə edilən dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Bundan əlavə olaraq, ictimai yerlərdə siqaret çəkənlər cərimələnəcəklər. Qanunu pozan vəzifəli şəxs 400 manatdan 1000 manatadək cərimələnəcək. Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda siqaret çəkənlər 50 manat, ictimai nəqliyyatda isə siqaret çəkənlər 40-50 manat cərimə olunacaqlar. Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top