İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının yeni üzvləri seçilib. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının yeni üzvləri seçilib.

Bürodan  verilən məlumata görə, noyabr ayının 25-də Himayəçilər Şurasının yeni üzvlərinin seçilməsi ilə bağlı növbəti yığıncaq keçirilib. İSB-nin Himayəçilər Şurasının üzvlərinin təyinat müddəti bitdiyi  üçün Büronun iştirakçı sığorta şirkətlərindən “Paşa Sığorta”nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, “Axa Mbask” Sığorta Şirkətinin İdarə Heyətinin sədrinin birinci müavini Lana Çingizovna Gözəlova  və “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Tələt Səfərov Himayəçilər Şurasının yeni üzvləri seçilib.

Həmçinin  Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və İcraat Departamentinin Hüquqi Təminat İdarəsinin rəisi Nurlan Babayev və Strateji Xidmətlər Departamentinin Strateji Təhlil və Risklərin İdarəedilməsi İdarəsinin böyük analitiki Orxan İsmayılov Himayəçilər Şurasının üzvlərinin tərkibinə növbəti 5 il müddətinə  təyin edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top