HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ ZONA MÜŞAVİRƏLƏRİ KEÇİRİLƏCƏKDİR - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ ZONA MÜŞAVİRƏLƏRİ KEÇİRİLƏCƏKDİR

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2016-ci ilin aprel ayının 12-da Sabirabad rayonunda (Sabirabad, Saatlı, Hacıqabul və Cəbrayıl rayonları üzrə) aprel ayının 13-də isə Beyləqan rayonunda (Beyləqan, Füzuli, İmişli, Laçın və Xocavənd rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri  keçiriləcəkdir.

Zona müşavirələrinin gündəliyinə zona baytarlıq laboratoriyalarının əhatə etdiyi rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr, habelə “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” kimi mövzularda təqdimatlar daxildir. Təqdimatlar Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən ediləcəkdir.

Müşavirələrdə heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan  heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə ediləcəkdir.

Müşavirələrin sonunda innovativ təcrübələrin nümayişi məqsədi ilə heyvandarlıq təsərrüfatlarına və yem bitkilərinin əkin sahələrinə səfərlər təşkil ediləcəkdir.

economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top