Hərbçilərin mənzil təminatı üçün ayrılacaq vəsaitin həcmi açıqlandı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hərbçilərin mənzil təminatı üçün ayrılacaq vəsaitin həcmi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il Azərbaycanda dövlət büdcəsindən kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 121,7 milyon manat ayrılması nəzərdə tutulur.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçulara mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılır.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top