Hər nəfərə düşən ÜDM 2759,9 manata bərabərdir
2020-ci ilin yanvar-may aylarında ölkədə 27479,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.
Economic.az Dövlət Statistika komitəsindən əldə etdiyi məlumata görə, İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 2,1 faiz azalmışdır.
ÜDM istehsalının 37,7 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 2759,9 manata bərabər olmuşdur.
BƏNZƏR MƏQALƏLƏR
-
Əməkhaqqı fondu daha 16 faiz artıb
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb. Bu artımın əsasında qeyri-leqal […]
-
Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb
Bu ilin I yarısının yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb. Rəqəmi Dövlət Statistika Komitəsi açıqlayıb. Sevindirici […]
-
Mehmanxana və hotellərdə keçirilmiş gecələmələrin artıb
2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin […]