MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

birja

“Heç kim neftin belə bahalaşacağını gözləmirdi”

“Analitiklər neftin qiymətinin belə tez artacağını gözləmirdilər”. Bu barədə “The Wall Street Journal” yazır. Belə ki, aprel ayı bu il üçün neftin qiymətinin ən yaxşı olduğu ay olub.  Qiymət bir çox analitik və sərmayəçilərin proqnozlarından daha sürətlə artıb.

“Aprel ayı bu il üçün neftin qiymətinin ən yaxşı olduğu ay hesab olunur”

Qəzet bunu bir neçə səbəblə izah edir. ABŞ-da neft istehsalının aşağı düşməsi, neft şirkətlərinin xərclərin azaldılması və bütün dünyada neft sənayesi ilə məşğul olan bəzi şirkətlərin işini dayandırılması bazarda bir daha bolluğun olmayacağı barədə ümidləri də artırıb. Ayın sonunda bir qədər azalmasına baxmayaraq, Brent Markalı neftin qiyməti ümumilikdə 20% artıb.

“Bəzi analitiklər gələn ilə qədər qiymətlərdə artımın olacağını gözləmirdilər. Skeptiklər isə tezliklə onların yenidən enməsi barədə danışırlar. Bununla belə, qiymətlərə, hətta, Dohada neft üzrə hasilat barədə uğursuz danışıqlar da mənfi təsir etməyib”, – deyə “The Wall Street Journal” yazır.

Bundan başqa, “Financial Times” qəzeti neftin rekord qiymət artımının əsas səbəbləri sırasında Amerika dollarının zəifləməsini görür. Mənbənin məlumatına görə, bunun sayəsində qara qızılın qiyməti digər ölkələrin valyutası qarşısında ucuzlaşmışdı.

Qəzetin məlumatına görə, investrolar son 25 il ərzində OPEK üzvü olmayan ölkələrdən neft təhcizatının azaldılmasına hazırlaşırlar.  Onların fikrincə, bu, bazarda vəziyyəti stabilləşdirəcək, tələb-təklif arasında balans yaradacaq.

Aprelin 17-də Dohada neft istehsalçısı olan ölkələrin hasilatın səviyyəsini dondurmaqla bağlı danışıqlar olub. Görüş 6 saat gec başlayıb. Görüşün gecikməsinin əsas səbəbi Səudiyyə Ərəbistanının neft hasilatınının dondurulması ilə bağlı bağlanacaq saziş layihəsinin dəyişdirilməsi ilə bağlı tələbi olub.

Dohada neft hasilatçılarının görüşü başa çatdı

Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşü nəticəsiz başa çatıb.

Bütün səylərə baxmayaraq, Səudiyyə Ərəbistanı irəli sürdüyü şərtini geri götürməyib. Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib. 6 saatlıq müzakirədən sonra fikir birliyi əldə edilməyib və imzalama mərasimi baş tutmayıb.

Ötən ildən başalayaraq qara qızılın qiymətində kəskin ucuzlaşma müşahidə edilib. Həttə ilin sonuna kimi neft qiyməti bir neçə dəfə ən aşağı psixoloji həddi belə keçib və 13 ilin ən aşağı səviyyəsinə düşüb.

Səudiyyənin neft naziri Əli əl-Nəimi Dohada
anspress.com

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top