H.Əliyev adına NEZ-in yenidənqurulması layihəsi çərçivəsində növbəti müqavilə imzalanmışdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

H.Əliyev adına NEZ-in yenidənqurulması layihəsi çərçivəsində növbəti müqavilə imzalanmışdır

Economic.az Socarın saytına istinadən xəbər verir ki, Mayın 3-də Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə “Air Liquede” şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanmışdır.Bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D’Elia, şirkətin rəhbər nümayəndələri Jörg Ott, Benjamin Bugeat, eləcə də NQENKK və “SOCAR KBR” şirkətinin nümayəndələri iştirak etmişlər. Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D’Elia imzalamışlar. Mərasimdə NEZ-in yenidən yenidən qurulması layihəsindən ətraflı söz açılmış, imzalanan sənədin əhəmiyyəti vurğulanmışdır. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9 %) təchizatının təmin edilməsi məqsədi ilə “Air Liquide” şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcəkdir. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış “Air Liquide” şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, Texnoloji Layihələndirmə Paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.

Xatırladaq ki, baş ofisi Fransanın Paris şəhərində “Air Liquide” şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top