MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ipoteka

Güzəştli ipotekanın həcminin artırılması nə vəd edir?

Prezident İlham Əliyevin “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Dəyişikliyə görə, bundan sonra güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, ipoteka üçün ilkin ödəniş 15 faiz idisə indi 10 faizə salınıb: “Bu o deməkdir ki, İpoteka Fondu ipoteka krediti ilə alınan əmlakın 90 faizə qədərini maliyyələşdirmək imkanı qazanır. Bu da nəticədə ipotekaya olan marağı artıracaq.

İpoteka kreditlərinin verilməsi mənzil bazarında dinamikaya müsbət təsir göstərir. Biz bunu ötən ilin sonunda ipoteka kreditlərinin bərpasından sonra müşahidə etdik”. “Kreditlərin bərpasından sonra əlçatan olan nisbətən aşağı qiymətli mənzillərin qiymətində nisbi də olsa artım müşahidə olundu. Demirəm ki, bu fərmandan sonra mənzil bazarında dinamika əhəmiyyətli dərəcədə artacaq, amma azda olsa mənzil bazarındakı dinamikaya öz təsirini göstərəcək. Əvvəllər təmiri başa çatmamış, çıxarışı olan mənzillərə kredit verilirdisə, artıq təmiri tam başa çatmış mənzillərin alınması üçün də kreditlər veriləcək, ipotekaya cəlb olunacaq” – deyə o bildirib.

sputnik.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top