Gürcüstan, Özbəkistan və Qırğızıstan səfirləri Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında olublar – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gürcüstan, Özbəkistan və Qırğızıstan səfirləri Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında olublar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün üç ölkənin Azərbaycandakı səfirləri – Gürcüstandan Zurab Pataradze, Özbəkistandan Baxrom Aşrafxanov və Qırğızıstandan Kayrat Osmonaliyevin – başçılığı ilə nümayəndə heyəti Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında olub.

Oxu.Az-ın məlumatına görə, qonaqlara əraziyə ekskursiya təşkil edilib, daha sonra onlar limanın inzibati binasının konfrans zalına aparılıblar.

Limanın direktoru Rəşad Daşdəmirov nümayəndə heyətinə limanın yaranma tarixi, tutumu və yük dövriyyəsi haqqında məlumat verib.

Görüş zamanı tərəflər əməkdaşlığın genişləndirilməsi, yük axınının artırılması və mövcud problemlərin həlli məsələlərini müzakirə ediblər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top