“Gənc OL” tarifi ilə 50 faizədək endirim təklif olunur - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Gənc OL” tarifi ilə 50 faizədək endirim təklif olunur

“Azercell”in “Gənc OL” tarif paketinə qoşulan abunəçilər daha 19 məkanda (restoranlar, mağazalar, fitnes, təhsil, əyləncə mərkəzləri və s.) 50 faizədək müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar. Ümumilikdə isə abunəçilər 60-dan artıq məkanda müxtəlif endirimlərdən istifadə edə bilərlər.

Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nömrəsinə SMS göndərməli və ya www.gencol.az portalına daxil olaraq qeydiyyatdan keçməlidir. Qeyd edək ki, bütün “Azercell” abunəçiləri “Genc OL” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.

“Azercell”in bu paketinə qoşulmaq üçün isə “Sim-Sim” abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. “Gənc OL” tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirim və kampaniyalardan faydalana bilərlər.

“Gənc OL” tarif paketində olan endirimlər barədə daha ətraflı http://www.gencol.az/az/teklifler linkində tanış olmaq olar.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top