Gələn il Azərbaycanda orta aylıq pensiya 500 manata yaxın olacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gələn il Azərbaycanda orta aylıq pensiya 500 manata yaxın olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn ildən Azərbaycanda orta aylıq pensiya artırılır.

“Report”un əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 492,3 manat hədd ətrafında olacağını göstərir.

Xatırladaq ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 435 manatdır.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top