MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Əmək Müfəttişliyi

Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub

Economic.az Nazirlikdən bildirilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işçilərin əmək hüquqlarının müdafiəsi məqsədilə həyata keçirilən tədbirlərin bir istiqaməti də əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən onlara vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsinə yönəlib. Belə ki, cari ilin birinci rübündə Xidmətə ünvanlanan vətəndaş müraciətləri diqqətlə və obyektiv şəkildə araşdırılaraq, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi üçün müvafiq işlər aparılıb.
Bu ilin yanvar-mart aylarında Xidmət tərəfindən vətəndaşların aidiyyəti müraciətlərinə əsasən görülən tədbirlər nəticəsində 733876 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Qeyd olunan məbləğin 97 faizə qədərini gecikdirilmiş əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinətlər və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.
Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Bununla yanaşı, yanvar-mart aylarında  vətəndaş müraciətlərinin araşdırılması zamanı 12 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunaraq, onların yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top