MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

formula 1

Formula 1: “Bakı Şəhər Halqası digər treklərdən fərqlənir”

Bakıya son səfərimdən indiyədək çox böyük dəyişikliklər gördüm. Görülən işlərin plana uyğun davam etməsi məni çox sevindirdi.

Bu sözləri mayın 9-da Bakıda təşkil olunan mətbuat konfransında Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq deyib.

O bildirib ki, çəkilən yol, təhlükəsizlik üçün hazırlanan çəpərlər və tikilən qurğular beynəlxalq standartlara tam cavab verir. Hər hansı əlavə təhlükəsizlik tədbirinin görülməsinə ehtiyac yoxdur. Əvvəlcədən planlaşdırdığımız kimi hazırlıq öz qaydasında davam edir. Treklə bir daha tanış oldum və nikbin hisslərlə oradan ayrıldım.

“Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-prisinin bir neçə döngəsi var ki, azarkeşlər bunu izləməkdən zövq alacaqlar. Əsasən də Azneft meydanından Hökumət Evinin qarşısınadək olan 1,7 kilometrlik məsafəni xüsusi vurğulamaq istərdim. Pilotlar bolidləri aşağı sürətdən yüksək sürətədək qaldıra biləcəklər. Bu da yarışın baxımlı olmasına səbəb olacaq”, – deyə Çarli Vaytinq bildirib.
FİA-nın rəsmisi deyib: “Bakı Şəhər Halqasını digər şəhər treklərindən fərqləndirən iki cəhət var. Bunlardan biri trekin uzunluğu, digəri isə bolidlərin yüksək sürətlə hərəkət etməsidir. Monakoda bolidlər aşağı sürətlə, Sinqapurda isə aşağı sürətdən orta sürətə qalxmaqla hərəkət edirlər. Bu da Bakı Şəhər Halqasının ən sürətli treklər sırasına daxil edir”.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top