MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

start-formula 1

Formula-1 Azərbaycan Qran-prisinə media nümayəndələrinin qeydiyyatı fevralın 20-də başlayacaq

Fevralın 20-də Formula-1 Azərbaycan Qran-prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə start veriləcək.

Bu sözləri müsahibəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, akkreditasiya prosesi ilə bağlı təşkil olunacaq tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat veriləcək. Həmçinin media nümayəndələrinə xüsusi bələdçilər paylanacaq.

Akkreditasiya prosesinə martın 31-də yekun vurulacağını diqqətə çatdıran N.Arpadarai ötən mövsüm ilə müqayisədə builki yarışa qeydiyyat müddətinin daha uzun olduğunu deyib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top