
Florian Zenqstşmid: “Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”
“Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”.
Bunu avqustun 21-də Azərbaycan və Hindistanın 30-a yaxın turizm nümayəndəsi arasında keçirilən onlayn tədbir zamanı Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
O, çıxışında qeyd edib ki, Azərbaycan və Hindistanın mədəniyyəti, tarixi və adət-ənənələri arasında bənzərlik ölkələrarası turizm əlaqələrini daha da möhkəmləndirir.
Florian Zenqstşmid ATB-nin SATTE və OTM sərgilərində iştirakı, eləcə də Hindistan mediası ilə əməkdaşlıq barədə məlumat verib. O, Hindistanın turizm sənayesinin nümayəndələrini cari ilin oktyabr ayında keçiriləcək “Travel Business Azerbaijan” tədbirində iştirak etməyə dəvət edib.
Hindistan Respublikasının Azərbaycandakı səfirliyi və Hindistan Turizm Operatorları Assosiasiyasının (IATO) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə, həmçinin Hindistan Turizm Operatorları Assosiasiyasının prezidenti Pronab Sarkar, Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna iştirak edib.
Müxtəlif mövzularda təqdimatların keçirildiyi tədbir sual-cavab sessiyası ilə başa çatıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Hotel sahəsində işləmək istəyənlər üçün fürsət: Peşə hazırlığı qruplarının yığılmasına START VERİLİR – FOTO
DAİR Hotellər və Restoranlar Assosiasiyasının təhsil-tədris, maarifləndirmə və elm ocağı olan ATHEC Azərbaycan Turizm və […]
-
Nabranda VOID Musiqi Festivalı keçiriləcək – FOTO
Regionlarda müxtəlif rəngarəng festivallar davam etməkdədir. Oxu.Az xəbər verir ki, növbəti festival Azərbaycan Turizm Bürosunun […]
-
Bahalıq olsa da, boş hotel tapmaq çətindir – Azərbaycanda, yoxsa xaricdə dincələk?
Hər il yay fəsli – turizm mövsümü gələndə ölkə vətəndaşları istirahətlə bağlı seçim etməli olurlar: […]