FİTOSANİTAR XİDMƏTİNİN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT VERİLİB. FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

FİTOSANİTAR XİDMƏTİNİN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT VERİLİB. FOTO

Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Camal Quliyev Rusiya Federasiyası Baytarlıq və Fitosanitariya Xidmətinin nümayəndələrini qəbul edib. Xidmət rəhbəri Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracını artırmaq istədiyini bildirib.Qeyd edib ki, əlverişli iqlim şəraiti ilə yanaşı, ölkədə kənd təsərrüfatının inkişafına verilən dəstəyin də bol məhsul əldə etməyə şərait yaradır. Camal Quliyev ölkə rəhbərliyinin sərəncamları ilə kənd təsərrüfatı sahəsində məşğul olanlara ayrılan subsidiyalar, kənd təsərrüfatı məhsulları istehsalçılarının vergidən azad olunması, “bir pəncərə” sistemi, həmçinin idxal-ixrac əməliyyatlarını sadələşdirən gömrük prosedurları barədə qonaqlara ətraflı məlumat verilib.

Rusiya nümayəndə heyəti də Azərbaycana kənd təsərrüfatı məhsullarının idxalını artırmaq niyyətini ifadə edib. Nümayəndələr taxılın və ondan emal olunan məhsulların keyfiyyət və təhlükəsizliyinə tələblər və fitosanitar tələbləri barədə mövcud normativ sənədləri Azərbaycan tərəfdən istəyib.

Azərbaycan tərəfi sənədləri təqdim etməyə razılığını bildirməklə yanaşı, qanunvericilikdə gözlənilən yeniliklər barədə də qonaqları məlumatlandırıb. Qeyd edilib ki, karantin altında olan məhsulların idxalı zamanı DFNX-nin idxal karantin icazəsinin verilməsi sadələşdirilmiş elektron qaydada həyata keçiriləcək. Eyni zamanda sərhəddə Dövlət Gömrük Komitəsi nəzarəti gücləndirəcək.

Görüşdə Rusiya nümayəndə heyətini maraqlandıran daha bir məsələyə də aydınlıq gətirilib. Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra Türkiyə pomidorunun Azərbaycan pomidoru adı altında Rusiyaya ixrac olunması cəhdlərinin artması ilə bağlı narahatlığına da Camal Quliyev cavab verib. Xidmət rəhbəri qeyd edib ki, bu məqsədlə fitosanitar xidmətinin bir qrup mütəxəssisindən ibarət komissiya çalışır. Komissiya pomidorların həm görünüş, həm də laborator yoxlamasını apardıqdan sonra yalnız Azərbaycan mənşəli pomidorlara sertifikat verir.

Rusiyalı qonaqlar Azərbaycanın istixanaları barədə göndərdikləri sorğuya cavab ilə maraqlanıblar. Bildirilib ki, digər sənədlərlə birlikdə sorğuya cavab da tezliklə onlara təqdim olunacaq.

Səfər çərçivəsində nümayəndə heyəti fitosanitar xidmətinin bir neçə laboratoriyasına baş çəkərək, avadanlıqlar və bitki məhsullarının laborator yoxlanması üsulları ilə tanış olublar. Qonaqlar bu laboratoriyaların Milli Akkreditasiya sistemində qeydiyyatdan keçməsini və hazırda beynəlxalq akkreditasiya almağa hazırlaşmasını, həmçinin laboratoriyaların diaqnostik fəaliyyətini çox böyük razılıqla qarşılayıblar.

Qeyd edək ki, səfər barədə məlumat Rusiya Federasiyası Baytarlıq və Fitosanitariya Xidmətinin saytında yayılıb. Azərbaycan fitosanitar xidmətinin laboratoriyalarından fotolar səfər barədə yüksək təəssüratı əks etdirir.

RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN FİTOSANİTAR XİDMƏTİNİN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT VERİB
RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN FİTOSANİTAR XİDMƏTİNİN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT VERİB
RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN FİTOSANİTAR XİDMƏTİNİN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT VERİB
RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN FİTOSANİTAR XİDMƏTİNİN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT VERİB

RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN FİTOSANİTAR XİDMƏTİNİN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT VERİB

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top