FİNCA Bankda yeni iş elanı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

FİNCA Bankda yeni iş elanı

MƏHKƏMƏ İŞLƏRİ ÜZRƏ HÜQUQŞÜNAS

 Vakansiya haqqında məlumat:

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçünMƏHKƏMƏ İŞLƏRİ ÜZRƏ HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir.

Bu vəzifənin əsas məqsədi məhkəmə və mülki işlərin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsidir.

Əsas vəzifə öhdəlikləri:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;

• Öz bacarıqları daxilində Hüquq Departamentinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;

• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq  və məhkəməyə təqdim etmək;

• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;

• Hüquq Departamentinin Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);

• Hüquq sahəsi üzrə azı bir il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
• Mülki, mülki-prosessual, ipoteka haqqında, həmçinin bank qanunvericiliyini mükkəməl bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);

• Regionlara səfər etmək imkanına malik olmaq;
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№028/16) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiniz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.finca.az web səhifəsindən əldə edə bilərsini

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top