Fərdi sahibkarın şəxsi nəqliyyat vasitələrinə görə vergi öhdəliyi varmı? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fərdi sahibkarın şəxsi nəqliyyat vasitələrinə görə vergi öhdəliyi varmı?

Fərdi sahibkar kimi topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi təqdim etdiyi malları mülkiyyətindəki yük maşınları ilə pərakəndə ticarət obyektlərinə çatdırır. Bundan əlavə, onun şəxsi istifadəsində 2 ədəd minik avtomobili mövcuddur. Bu ildən fərdi sahibkar olan fiziki şəxs daşınar əmlaklarına görə əmlak vergisi ödəməlidir. Bəs fərdi sahibkarın mülkiyyətində olan və şəxsi istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə görə əmlak vergisi ödənilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi sahibkarların balansında olan daşınar əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektidir. Bununla belə, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisindən azaddır.

Qeyd olunanlara əsasən:

Müraciətdə göstərilən halda fərdi sahibkarın mülkiyyətində olan sahibkarlıq fəaliyyətində istifadə edilməyən minik avtomobillərinə görə əmlak vergisi hesablanmır. Fərdi sahibkarın mülkiyyətində olan və sahibkarlıq fəaliyyətində istifadə edilən yük avtomobillərinə görə isə əmlak vergisi hesablanır və dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsi, 197.1.3 və 199.4.3-cü maddələr.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top