“Eurodesign” şirkətinin təşəbbüsü ilə tələbələr üçün ödənişsiz vebinar keçiriləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Eurodesign” şirkətinin təşəbbüsü ilə tələbələr üçün ödənişsiz vebinar keçiriləcək

Economic: Telekommunikasiya sahəsində yüksək səviyyəli xidmət və müasir həllər təklif edən “Eurodesign” şirkətinin təşəbbüsü ilə tələbələr üçün “İntro to DevOps” adlı ödənişsiz vebinar keçiriləcək.

Vebinarın təşkil olunmasında məqsəd karantin rejimində tələbələrin İT sahəsində xüsusilə də, DevOps texnologiyaları barədə biliklərə yiyələnməsinə şərait yaratmaqdır.

 Onlayn görüşdə spiker qismində “Eurodesign” şirkətinin sistem üzrə baş mühəndisi, DevOps texnologiyaları və sistem mühəndisliyi üzrə sertifikatlı mütəxəssis Cavid Əlizadə çıxış edəcək. Qeyd edək ki, Cavid Əlizadə daha öncə ABŞ və Belarusiyada proqram mühəndisliyi sahəsində ixtisaslaşmış qlobal şirkət “EPAM Systems”-də DevOps və sistem üzrə baş mühəndis vəzifəsində çalışıb.

 25 Avqust, 11:00-da baş tutacaq vebinar Microsoft Teams proqramı üzərindən keçiriləcək.  Vebinarda iştirak etmək istəyən tələbələrdən https://forms.gle/1CE4VoSMEYZSkoFH9 linki vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

“Eurodesign” 20 ildən artıqdır ki,  İT xidmətlərin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihələrin idarə edilməsi sahəsində ixtisaslaşıb. Proqram təminatı, autsorsinq və konsaltinq xidmətləri bazarında çoxillik təcrübəyə malik olan şirkət biznesi idarəetmə sisteminin inteqrasiyası, mobil və ya web tətbiqlərin yaradılması, şəbəkəqurma, təhlükəsizlik sistemləri kimi xidmətləri də təklif edir. “Eurodesign” Cisco, Microsoft, Oracle, IBM, Siemens AG, HPE, Huawei, AVAYA və bunun kimi proqram və aparat təminatı istehsal edən dünyanın bir çox aparıcı şirkəti ilə əməkdaşlıq edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top