MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Tahir Mirkişili

Tahir Mirkişili: Azərbaycan Prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır

«Münxendə keçirilən 53-cü təhlükəsizlik konfransı ənənəvi olaraq dünyanı narahat edən məsələlərin müzakirəsinə həsr olundu. Əsas müzakirə edilən məsələlər NATO və Avropa Birliyinin gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyada müharibə, terrorçuluqla mübarizə, Ukraynada böhran, Asiya-Sakit Okean regionunun problemləri və s olmuşdur. Konfransda dünyanın aparıcı siyasi xadimləri və biznes elitası nümayəndələri iştirak etdilər». Bu fikirləri Milli Məclisin  deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ölkəmizin dünya təhlükəsizli sisteminin yenidən qurulmasında yaxından iştirak etmək istəyini hər kəsə nümayiş etdirdi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həm müxtəlif ölkə rəhbərləri ilə görüşlərində, həm də aparıcı biznes qurumların rəhbərləri ilə müzakirələrində əsas müzakirə olunan məsələlər Azərbaycan qarşısında olan çağırışlar ilə bağlı idi. Hərtərəfli iqtisadi islahatlar aparan Azərbaycanın dünya biznes strukturları üçün daha da açılması və iqtisadi cəlbediciliyin mümkün qədər bütün auditoriyalarda bəyan edilməsi əsas hədəflərdəndir və ölkə Prezidenti bu dəfə də bu beynəlxalq imkanlardan məharətlə istifadə etdi. Ölkəmizin Qərb və Şərq arasında iqtisadi və mədəni körpü olmasını artıq bütün dünya qəbul edir və ölkə Prezidentinin qatıldığı panel müzakirələrində ona ünvanlanan suallar və bu sualların cavabları bunu bir daha ortaya qoydu.

«Dünyanı və Azərbaycanı da əsas narahat edən məsələlərdən ən önəmlisi təhlükəsizlik məsələləridir. Azərbaycan uzun illərdir ki, Ermənistan işğalından əziyyət çəkir, ölkəmizə qarşı hazırkı dövrdə də erməni diversiyaları törədilir. Eyni zamanda regionda baş verən hərbi hadisələr, aparıcı dövlətlər arasında ziddiyyətlərin yaranması dünya təhlükəsizlik sisteminin əsasını zəiflətməkdədir. Digər tərəfdən beynəlxalq hüquq normalarına hörmət edilməməsi və ikili standartlar bu ziddiyyətlərin daha da dərinləşməsini təmin edir. Azərbaycan Prezidenti bütün çıxışlarında dünyada təhlkəsizlik sisteminin yenidən qurulmasına ehtiyacın olduğunu qabaqrtmaqla, bunun üçün beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə bütün ölkələrdə hörmət hörmət edilməsinin, bir standartın tətbiq olunmasının vacib olduğunu iştirakçıların diqqətinə çatdırmışdır. Eyni zamanda, regionda təhlükəsizliyin təmin olunmasında, aparıcı dövlətlər arasında olan ziddiyyətlərin aradan qaldırılmasında Azərbaycanın rolunu bir daha izah edərək bu səylərin bütün dünyanın təhlükəsizliyinə xidmət etdiyini izah etmişdir.

Münxen təhlükəsizlik konfransı bir çox sarıdan Azərbaycan üçün əlamətdar oldu. İlk növbədə beynəlxalq platformadan istifadə edilərək Azərbaycan həqiqətləri, Ermənistanın işğalçı siyasətinin davamı və bunu bütün dünya üçün nə dərəcədə təhlükəli olduğu bir daha iştirakçıların diqqətinə çatdırıldı. Digər tərəfdən iqtisadi görüşlər keçirməklə Azərbaycan Prezidenti hər imkanda ölkəmizin iqtisadi inkişafını dünya aparıcı biznes strukturları ilə inteqrasiya formasında gördüyünü nümayiş etdirdi. Digər tərəfdən Azərbaycanın həm regional, həm də dünya miqyasında aparıcı rolunu bir daha sübut etdi. Azərbaycan Prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır. Və bu rol həm nümayiş olundu, həm də hər kəs tərəfindən qəbul olundu»- deyə, T.Mirkişili vurğulayıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top