Ermənistan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini təsdiqlədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar rayonunun Arazdəyən bölgəsində tikilməkdə olan metallurgiya zavodu başqa yerə köçürüləcək.
Ermənistan mediasının məlumatına görə, bu barədə respublikanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, zavod yaxın əraziyə köçürüləcək.
Nazir, həmçinin köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib.
“Tikinti şəxsi vəsait hesabına aparılır və növbəti addımlarını investorlar özləri müəyyənləşdirirlər. Biz coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq, onlar üçün mümkün qədər yararlı olmağa çalışırıq”, – deyə o bildirib.
Kerobyan qeyd edib ki, investisiya cəlbediciliyi baxımından regionda sülh böyük əhəmiyyət kəsb edir.
“Biz çalışmalıyıq ki, regiona uzunmüddətli sülh gəlsin və heç kim heç kimə atəş açmasın”, – deyə o əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]